Peterburqda dünya çempionu Sadiq Kərimov saxlanıldı

Peterburqda dünya çempionu Sadiq Kərimov saxlanıldı
22:14 11 Dekabr 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

Peterburqda tanınmış samboçu Sadiq Kərimov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsinin məlumatında bildirilir.

 

İstintaqa görə, 2012-ci ildə S.Kərimov şəxsiyyəti təyin olunmamış şəxslərlə birgə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl tələb edib. Digər kafedə də onlar başqa şəxslərdən pul tələb edib, sonra isə qanunsuz olaraq BMW markalı avtomobili mənimsəyiblər.

 

Məlumata əsasən, Sadiq Kərimov 2012-ci ildə Azərbaycan yığmasının heyətində döyüş sambosu üzrə dünya çempionu olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR