"Benzema müsəlman olduğu üçün Fransada ona nifrət edirlər"

"Benzema müsəlman olduğu üçün Fransada ona nifrət edirlər"
22:27 11 Dekabr 2015
53 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın hücumçusu Kərim Benzemanın agenti Kərim Cəziri Fransa Futbol Federasiyasının qərarını münasibət bildirib. Qeyd edək ki, Federasiya Benzemanı milli komandadan kənarlaşdırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Cəziri Fransada müştərisinə qarşı antipatiyanı onun etnik və dini kökləri ilə əlaqləndirib.

"Benzemanın etnik kökləri səbəbindən ona nifrət var. Eşitmişəm ki, onun Fransanı sevmədiyini deyirlər. Belə olsaydı, milli komandada 81 dəfə meydana çıxmazdın. O, çətin seçim etdi. Benzema tarixi vətəni Əlcəzair millsində də oynaya bilərdi, amma Fransaya üstünlük verdi. O, Şimali Afrika mənşəli və müsəlman əsilli gənc, yaraşıqlı və zəngin futbolçudur. Kərim özündə ço şeyi birləşdirir. Müxtəlif şeyləri bəyənməyən insanlar var. Benzemada da bu xüsusiyyəti oyadan bəzi şeylər var. Kərim bütün toplar üçün mübarizə aparan və ya çox qaçan futbolçu deyil. Futbolçular öz yanaşmasına görə tənqid edilməməlidir. Onlardan tələb olunan komandalarına qalib gəlməkdə kömək etməkdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR