Ulu Öndərin mənalı ömür yolu hər bir azərbaycanlıya örnəkdir

Ulu Öndərin mənalı ömür yolu hər bir azərbaycanlıya örnəkdir
22:33 11 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, əziz xatirəsi ehtiramla yad ediblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıb. Rektor bildirib ki, Ulu Öndər tarixin çətin və kəşməkəşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb.
Qeyd edilib ki, müdrik siyasətçi Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən parlaq simalardan biri, türk dünyasının və ümumiyyətlə sivil dünyanın qüdrətli şəxsiyyətidir. Zəmanəmizin diplomatiya tarixində silinməz iz qoymuş Heydər Əliyev xalqın yaddaşında ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət kimi qalıb. Ulu Öndərin Azərbaycanın milli mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşməsində misilsiz xidmətləri olub. Təcrübəli dövlət başçısı və vətənpərvər bir insan kimi ulu öndər Heydər Əliyevin milli mədəniyyətimizə, mənəvi irsimizə göstərdiyi hörmət, verdiyi dəyər ictimai həyatımızın hər bir sahəsində özünü göstərmişdir.
Rektor vurğulayıb ki, Heydər Əliyev irsində vətən sevgisi, azərbaycançılıq hissi, xalq və millət sevgisi xüsusi yer tutur. O, bunları insan üçün mənəvi əsas hesab edirdi. Azərbaycançılıq qayəsi Heydər Əliyevin nəzəri irsinin ən yüksək amalı idi.
Daha sonra universitetin dosenti Əyyub Kərimovun “Heydər Əliyevin həyatı bəşəriyyət üçün nümunədir” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarından bəhs edən videogörüntülər nümayiş etdirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onderin_menali_omur_yolu_her_bir_azerbaycanliya_ornekdir-910557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR