Heydər Əliyev Tehranda anılıb (VİDEO)

Heydər Əliyev Tehranda  anılıb (VİDEO)
22:46 11 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

İran paytaxtı Tehranda Azərbaycanın İrandakı səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

ANS TV-nin məlumatına görə, mərasim Heyder Əliyevin büstü önünə əklil qoyulması ilə başlandı. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhuna quran və dualar oxunuldu. Tədbir zamanı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olundu.

Mərasimdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov çıxış edərək, Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi əvəzsiz xidmətlərindən bəhs edib. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının prezidenti olduğu dövrdə ölkənin müxtəlif sahələrində inkişafından iştirakçılara məlumat verib:

“1969-ci ildə Heydər Əlirza oğlu Əliyev hakimiyyətə qəldi. Birinci qədəmlərindən görunürdü ki, bu bizim millətə bir rəhbər qəlib”.

Anım mərasiminə qatılan Azərbaycan səfirliyinin diplomatları, İrandakı azərbaycanlı gənclər və tələbələr, dövlət nümayəndələri, İran və Azərbaycanın ictimai xadimləri və diaspor fəalları Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tehranla yanaşı Təbriz şəhrində də Azərbaycanın Təbrizdəkı Konsulluğu tərəfindən Heydər Əliyevin vəfatının ildonumu ilə bağlı anım mərasimi keçirilib və ehsan süfrəsi açılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR