​Tarix İnstitutunda Elmi Şuranın illik hesabata həsr olunmuş iclası keçirilib

​Tarix İnstitutunda Elmi Şuranın illik hesabata həsr olunmuş iclası keçirilib
23:17 11 Dekabr 2015
53 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda Elmi Şuranın illik hesabata həsr olunmuş iclası keçirilib.
İnstitutdan "Report"a verilən xəbərə görə, İclası Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov açaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar bir dəqiqəlik sükut elan edib, daha sonra o, ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən söz açıb.
Tarixçi-alim Y.Mahmudov bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib: “Dahi azərbaycanlı Heydər Əliyev çətin bir şəraitdə, sovet əsarəti zamanı Azərbaycan dilinin Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında dövlət dili kimi qəbul edilməsinə nail olub”.
Yaqub Mahmudov iclasda qeyd edib ki, Heydər Əliyev digər tarixi şəxsiyyətlərdən fərqli olaraq, heç bir iqtisadi və hərbi gücə malik olmadan öz zəkası ilə Azərbaycanı xaosdan xilas edib: “Ulu öndər dünya tarixində zamanı yaxınlaşdıran görkəmli dövlət xadimlərindən biri olub. Heydər Əliyev Azərbaycan tarixində ən qiymətli milli sərvətdir”.
Daha sonra Elmi Şuranın iclasında 2015-ci ildə Tarix İnstitutunda çap olunmuş 26 kitabın təqdimatı olub.
Qeyd edək ki, 2015-ci ildə Yaqub Mahmudovun “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və “Azərbaycan və Avropa” kitabları italyan dilində, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ispan və ingilis dillərində, “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitabı isə Azərbaycan, ingilis və rus dillərində çap olunub.
2015-ci ildə Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə tarixçi-alimlər Güntəkin Nəcəfli, Tofiq Mustafazadə, Tofiq Nəcəfli, Nərgiz Əliyeva, Aslan Xəlilov, Nailə Məmmədova, Nazim Mustafa, Vaqif Abışov, Vasif Qafarov, Sevinc Əliyeva, Nərgiz Axundova, Məryəm Seyidbəyli və Rəna Əsədovanın kitabları nəşr olunub.
Sonda iclasda akademik Teymur Bünyadov, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvell və başqaları çıxış ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/tarix-i-nstitutunda-elmi-suranin-illik-hesabata-hesr-olunmus-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR