Fındıqdan paltar hazırladı - VİDEO

Fındıqdan paltar hazırladı - VİDEO
23:22 11 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllıda bir qadın qeyri-adi əl işi ilə hamını təəcübləndirib. O, həyətindən yığdığı fındıqdan istifadə edərək qadın paltarı tikib. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, paltara 40 kq fındıq sərf olunub.

Maraqlı əl işi İsmayıllının Xanagah kənd sakini Mirəssə Nabiyevaya məxsusdur. Fındıq paltar 5 aya ərsəyə gəlib.

Dərziliklə məşğul olan Mirəssə Nabiyeva 4 metr parça və 40 kiloqram fındıqdan istifadə edib. Fındığı parçanın üzərinə xüsusi yapışqanla əlavə edib.

Paltara əlavə aksesuar kimi isə 3 rəngli və ay-ulduzlu Azərbaycan bayrağını əks etdirən papaq da hazırlayıb.

Görənləri təəcübləndirən paltarın müəllifi deyir ki, onu almaq istəyənlər var. Lakin ağır olduğundan istifadə etmək mümkün deyil. Sadəcə evdə qeyri-adi bəzək əşyası kimi qala bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR