Əsəd: "Suriyalılar istəmirsə, necə onların prezidenti ola bilərəm?!"

Əsəd: "Suriyalılar istəmirsə, necə onların prezidenti ola bilərəm?!"
23:27 11 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

"Suriyadan başqa bir dövlətdə yaşamaq fikrim yoxdur. Vəziyyət necə olursa-olsun, heç vaxt bu fikrə düşməmişəm. Bu, heç vaxt baş verməyəcək".

"Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşşar Əsəd deyib.

Onun sözlərinə görə, əgər Suriya xalqı bütövlükdə onun getməyini tələb etsə, o, yalnız o anda prezident postunu tərk edəcək: "Əgər mənim suriyalılarla problemim olsa, eyni zamanda, Qərb dövlətlərinin əksəriyyəti, ABŞ və onların müttəfiqləri mənə qarşı olsalar, ilk olaraq xalqımın istəyini dəstəkləyərəm. Suriyalılar istəmirsə, necə onların prezidenti ola bilərəm?! Bu, qeyri-etikdir. 5 ildir ki, burda müharibənin ortasındayam və suriyalılara da bu müddətdə dayaq olmuşam".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR