"İndi başa düşürəm ki..."

"İndi başa düşürəm ki..."
23:52 11 Dekabr 2015
60 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin hücumçusu Serxio Aquero uşaqlıda bəyəndiyi komanda haqqında danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı forvard "Liverpul" və Ouenə maraq göstərdiyini etiraf edib.

"Mənə həmişə Premyer Liqada oynamaq xoş gəlib. "Liverpul"u bəyənirdim. Çünki Maykl Ouenin oyununa baxmaqdan xoşum gəlirdi. O, boyca hündür olmadığından 7-8 yaşımda özümü Ouenlə müqayisə edirdim. Premyer Liqada oynamaq tam istədiyim idi. İndi başa düşürəm ki, Premyer Liqa təkcə İspaniya çempionatından yox, bütün liqalardan yaxşıdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR