Kabildəki partlayışda ispaniyalı polis öldü

Kabildəki partlayışda ispaniyalı polis öldü
00:39 12 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Dekabrın 11-də Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində İspaniya səfirliyini mühafizə edən polis ölüb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın baş naziri Mariano Rahoy bildirib.

 

Baş nazir ölənin ailəsinə başsağlığı verib. Rahoy həmçinin qeyd edib ki,  partlayışın hədəfi İspaniya səfirliyi olmayıb: “Terrorçular xarici vətəndaşların qaldığı hoteli partlatmaq istəyib”.

 

Xatırladaq ki, Kabilin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.  Partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR