“Qalatasaray”ı çempion edəcəm

“Qalatasaray”ı çempion edəcəm
01:26 12 Dekabr 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

“Çətin olan şeyı etmək daha çox zövq verir. Futbolçularıma çox inanıram”.

ANS PRESS-in məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Mustafa Dənizli bildirib.

Təcrübəli məşqçi “Qalatasaray”la bağlı arzularını dilə gətirib və gələcək planlarından danışıb. 1992-ci ildə “Qalatasaray”dan ayrılan məşqçi bir gün geri dönərək, komandanı Avropa çempionu edəcəyini vurğulayıb.

Bununla bağlı fikirlərini bölüşən Dənizli sözünün üstündə durduğunu qeyd edib: “Məşqçiliyə başlayandan sonra arzum “Qalatasaray”ı Avropada çempion etmək olub. İnşallah, UEFA Avropa Liqası kubokunu bir daha qazanarıq. “Qalatasaray” mövsümü Avropasız keçirə bilməz, keçirməməlidir. Geriyə boylananda görürük ki, Avropada çox uzun yollarımız olub. Bu gün bu yolun başında olacağıq. Biz tempi yavaş-yavaş artıraraq, məqsədə çatmaq istəyən kollektivik. Oyunçularımın “artırması” üçün onlara hər cür imkan yaradacam. Mən və kollektivim bu cür çətin yola öyrəşmişik”


Mustafa Denizli

Heyətlə bağlı problemlərinin olduğunu vurğulayan Dənizli rəqib haqda müsbət fikirlər səsləndirib: “Səlçuk İnan və Hakan Baltanın zədələri var. Son yoxlanışdan sonra onların oynayıb-oynamaması ilə bağlı qərar veriləcək.Bizim üçün Avrokubok və Superliqa bir-birindən ayrılmır. Avropada çıxış etmək üçün gərək Türkiyədə uğurlu nəticə qazanasan. Hazırda bizim üçün Avrokubok önəmlidi. Çünki ölkə çempionatı uzun marafondu“.

Qeyd edək ki, “Qalatasaray” Avropa Liqasının "play-off" mərhələsində mübarizə aparacaq. Komanda həmçinin Türkiyə çempionluğuna da iddialıdır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR