"AJC" MMC-nin qiymətli kağızları Bakı Fond Birjasında listinqə daxil edilib

"AJC" MMC-nin qiymətli kağızları Bakı Fond Birjasında listinqə daxil edilib
01:38 12 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "AJC" MMC-nin faizli, təminatlı, sənədsiz, adlı istiqrazları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 11 min ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 1000 dollardır. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotAJC_quot_MMC_nin_qiymetli_kagizlari_Baki_Fond_Birjasinda_listinqe_daxil_edilib-910567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR