Zaur Svanadze: "Zədələr bizi çox sıxır"

"İnter" - "Sumqayıt" oyunundan sonra ev sahiblərinin baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı keçirilib.

Gürcü mütəxəssis komandasının zədələrdən əziyyət çəkdiyini bildirib:

"Biz oyuna pis başladıq və 2-ci dəqiqədə qol buraxdıq, şokdan yeni ayılmışdıq ki, ikinci qolu buraxdıq, daha sonra 3-cü qolu qapımızda gördük. Daha sonra oyuna nəzarət etdik, qollar vurduq. Zədələr bizi çox sıxır. Son məşqdə zədə alan Dieqo Martins də oyunda iştirak edə bilmədi. Səhvlər üzərində işləmək və güclənmək lazımdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR