Rusiya Ermənistana yeni pilotsuz uçuş aparatları göndərib

Rusiya Ermənistana yeni pilotsuz uçuş aparatları göndərib
11:34 30 Dekabr 2014
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Ermənistandakı 102-ci hərbi bazasının silahlanmasına yeni pilotsuz uçuş aparatları (PUA) daxil edib. APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bazaya silahlanmasına «Leer», «Qranat» və «Zastava» PUA kompleksləri göndərilib. Buna qədər 102-ci bazanın kəşfiyyat bölmələrinin istifadəsində «Navodçik-2» PUA-lar yer alıb.

 

Yeni PUA-lar Kamxud və Alagöz yüksək dağ tədris təlim mərkəzlərində 1600-2200 metr yüksəkliklərdə mənfi 5, mənfi 30 dərəcə temperaturda sınaqdan keçiriləcək. Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, yeni PUA-ları 3500 metrdən artıq yüksəklikdə, gündüz və gecə vaxtı kəşfiyyat uçuşları həyata keçirməyi bacarır

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR