Bakıda 69 yaşlı qadının meyiti tapıldı

Bakıda 69 yaşlı qadının meyiti tapıldı
02:49 12 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1946-cı il təvəllüdlü Rzayeva Lalə Rza qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar edib.

 

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı L.Rzayevanın vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 00:07-də başa çatıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224917

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR