Rusiya yenidən Türkiyənin "bostanına daş atdı"

Rusiya yenidən Türkiyənin "bostanına daş atdı"
03:06 12 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Suriyanın hava məkanında əməliyyatlar keçirməyə hüquqi əsası var.

ANS PRESS-in məlumatına görə, bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Roma səfəri zamanı verdiyi açıqlamada səsləndirib.

Lavrov bildirib ki, Birləşmiş Ştatların koalsiya rəhbəri olaraq Rusiya ilə dekonfliktasiya memorandumu bağlaması faktı bütün əlaqələndirilmiş əməliyyatlar üçün hüquqi əsas sayılır və bunu ABŞ rəhbərliyi yaxşı anlayır.

İtaliyalı həmkarı Paolo Centiloni ilə görüşdən sonra mətbuat konfransı verən Lavrov həmçinin bildirib ki, Suriyada əsas səyləri Bəşər Əsəd hökümətinin devrilməsinə yönəltmək və İŞİD-in törətdiklərinə göz yummaq ekstrimistləri yeni hücumlara daha da həvəsləndirə bilər.


Rusiya və İtaliya xarici işlər nazirləri Sergey Lavrov, Paolo Centiloni

Rusiya - Türkiyə münasibətlərinin pisləşməsi fonunda rusiyalı xarici işlər naziri qanunsuz silah və neft alveri bağlı iddiaları yenidən önə çıxarıb

“Koalisiya təyyarələri İŞİD-in ələ keçirdiyi yataqlarda, neftin qanunsuz daşındığı obyektləri vurur. Hesab edirəm ki, koalisiyanın fiziki genişlənməsindən savayı aparılan işlərin keyfiyyətinə də diqqət ayırmaq vacibdir. Bəli həqiqətən də İŞİD-in maliyyələşməsini təmin edən neft yataqları, neft hasil edən kustar müəssisələr mövcuddur.

Ancaq unutmaq lazım deyil ki, terrorçulara pullar, lazımı avadanlıqlar və silahlar çatdıran təchizat xətləri də var. Yeri gəlmişkən, bu məsələyə bu gün "Amnesty İnternational" (Beynəlxalq Əfv) da toxunub, regionda silah alverini nəzarətə almaq üçün ölkələri əməkdaşlığa çağırıb. Qanunsuz silah alverinin qarşısını almaq yalnız Türkiyə - Suriya sərhədini bağlanması ilə mümkün olacaq“, deyə Lavrov bildirib.


Türkiyə - Suriya sərhədi

Birgə mətbuat konfransında Lavrovun italiyalı həmkarı Centiloni Rusiya ilə Avropa münasibətlərinin Ukrayna münaqişəsi ucbatından korlandığını vurğulayıb. Xarici işlər naziri buna baxmayaraq, ölkəsinin Rusiyayla açıq dialoq prinsipini qoruyub saxladığını diqqətə çatdırıb.

Həmçinin oxuyun: Rusiyadan sonra ABŞ da Türkiyəni "vurdu"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR