​69 yaşlı paytaxt sakini mənzilində ölü vəziyyətdə tapılıb

​69 yaşlı paytaxt sakini mənzilində ölü vəziyyətdə tapılıb
06:02 12 Dekabr 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün gecə saatlarında Bakının Suraxanı rayonunda 1946-cı il təvəllüdlü Rzayeva Lalə Rza qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı L.Rzayevanın vəfat etdiyi müəyyən olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR