Avropada ölümcül virus qeydə alınıb

Avropada ölümcül virus qeydə alınıb
06:48 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ekspertlər Avropada insana ölüm təhlükəsi yaradan tamamilə yeni infeksiya aşkar ediblər. İlk yoluxma faktı Danimarkada qeydə alınıb. Müəyyən olunub ki, qorxunc xəstəliyi güclü antibiotiklərə immuniteti olan mutant-bakteriyalar törədir.

Trend-in “Sputnik”ə istinadən verdiyi məlumata görə, bu barədə "globalscience.ru" saytı məlumat yayıb. Burada göstərilib ki, bir ay əvvəl Çində bu virusa yoluxma faktı qeydə alınıb, bu günlərdə isə Avropada həmin infeksiyaya yoluxan xəstə barədə məlumat yayılıb. Danimarka sakini təhlükəli infeksiyaya toyuq əti yeyəndən sonra yoluxub.

Alimlər diqqəti bakteriyanın ciddi təhlükə törətməsinə cəlb edirlər. Tədqiqatlardan sonra məlum olub ki, bakteriyada mutasiya etmiş MCR-1 geni mövcuddur və məhz bu gen onu məlum dərmanlara qarşı davamlı edir.

Mütəxəssislər vurğulayıblar ki, tamamilə yeni antibiotik üzərində iş gedir. Onun tərkibində narkotik maddələr olacaq, bu isə təhlükəli infeksiyaya üstün gəlməyə kömək edəcək. Əgər yaxın vaxtlarda yeni antibiotik hazırlanmasa, yeni infeksiya Yer kürəsində milyonlarla insanı tələf edə bilər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2468673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR