Rusiya kəskin şəkildə tənqid olundu

Rusiya kəskin şəkildə tənqid olundu
06:56 12 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Buxarestdə keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında Moldova ilə Rusiya ali diplomatları arasında yaranmış polemika dünya mediasının diqqətindən kənarda qalmayıb.

ANS PRESS-in məlumatına görə, Moldovanın xarici işlər naziri vəzifəsinin icraçısı Nataliya German iclasın sonuna yaxın təşkilata sədrliyi qəbul edən Rusiyanın ünvanına ittihamlar yağdırıb. Moldova 2014-cü ildə Avropa Birliyi ilə siyasi və ticarət əməkdaşlığı barədə saziş bağladıqdan sonra, Rusiya buna cavab olaraq Moldovadan meyvə-tərəvəz idxalını qadağan edib.

“Moldova Avropa Birliyi ilə danışıqları yekunlaşdırıb. Assosasiya müqaviləsini imzadıqdan və təsdiq etdikdən, Avropa Birliyi ilə Moldova arasında azad ticarətlə bağlı əməkdaşlıq daha da genişləndikdən sonra Rusiyanın qəbul etdiyi bu ticarət sanksiyalarının ticarət baxımından heç bir əsası yoxdur. Bu əks nəticələrə gətirən bir addımdır və inanın mənə Moldova həmin iqtisadi-ticarət sanksiyalarına haqq qazandıracaq heç bir pis iş görməyib”, deyə Nataliya German bildirib.

Hazırda Moldovanın ümumi ticarət dövriyyəsinin 62 faizi Avropa Birliyinin payına düşür.


QDİƏT-ə üzv ölkələr xəritədə

Dünyada yaşanan siyasi münaqişələr fonunda kölgədə qalan zirvə toplantısında əksər ölkələr xarici işlər nazirləri ilə təmsil olunub, Moskva ilə münasibətləri korlanmış Türkiyə və Ukrayna isə toplantıya səfirlərini göndərib. Rusiyanı təmsil edən diplomat, Ukraynanın toplantıda siyasi bəyanat səsləndirməsini tənqid edib.

“Toplantıda türkiyəli həmkarlarımızla birgə əyləşmişdik, iclas başlamazdan əvvəl Türkiyəni təmsil edən səfirlə qısa söhbətimiz oldu. Ancaq heç bir ikitərəfli münasibətləri müzakirə etmədik, eynilə ukraynalı həmkarlarımızla da, tet-a-tet hər hansı məsələ müzakirə olunmadı, sadəcə qısa söhbət aparılıdı. Toplantıda Ukrayna tərəfi imkandan istifadə edərək, hamıya məlum olan və BMT, ATƏT və digər təşkilatlardakı toplantılardan artıq eşitdiyimiz mövqedən çıxış etdi. Biz hesab edirik ki, Qara Dəniz Əməkdaşlıq Təşkilatı belə siyasi məsələlərin qaldırılması üçün münasib yer deyil”, deyə Rusiyanın xarici işlər naziri müavini Vasiliy Nebenzya bildirib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukraynanın Dövlət və Hökumət başçıları tərəfindən Zirvə Bəyannaməsinin imzalanmasından sonra yaranıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR