Ərdoğan: "Onların BMT-yə müraciət etməyə hüquqları var, lakin..."

Ərdoğan: "Onların BMT-yə müraciət etməyə hüquqları var, lakin..."
07:32 12 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

İraqın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciəti doğru addım deyil.

APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Al Jazeera" telekanalına müsahibəsində deyib.
 
"Onların BMT-yə müraciət etməyə hüquqları var, lakin bu doğru addım deyil", deyə Ərdoğan bildirib.
 
Xatırladaq ki, dekabrın 4-də Türkiyə Mosul yaxınlığında İŞİD-lə vuruşan kürd silahlılarına hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. İraqın baş naziri Heydər əl-Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirərək hərbçilərin çıxarılmasını tələb edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR