Avropa Birliyi vahid polis orqanı yaradır

Avropa Birliyi vahid polis orqanı yaradır
07:51 12 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Avropaya qaçqın və miqrant axınının öhdəsindən gəlmək məqsədilə Avropa Komissiyası yeni vahid sərhəd və sahil mühafizə polisi orqanı yaratmağ təşəbbüsü irəli sürüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Birliyinin miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopulos bəyanatla çıxış edib. Rəsminin sözlərinə görə, üzv dövlətlərin səlahiyyətli orqanları miqrant axınını nəzarətdə saxlamaq üçün əlindən gələni etsə də, onlar buna hazır olmayıb və daha genişmiqyaslı ölçülərə ehtiyac var. Avropalı komissar yaradılması planlaşdırılan yeni orqanın yerinə yetirəcəyi missiya ilə bağlı da qısa məlumat verib.

“Bəs, bu Avropa polisinin vəzifəsi nədən ibarət olacaq? Onlar Avropa sərhədlərini mühafizə edəcək və qoruyacaq, qaçqınlara və miqrantlara lazımı dəstək göstərəcək, onların mandatına eyni zamanda axtarış-xilasetmə əməliyyatları keçirmək səlahiyyəti daxil olacaq. Ancaq onlar əsasən qaynar nöqtələr səfərbər olunacaq və giriş nöqtələrində vəziyyəti nəzarətdə saxlamağa çalışacaq.

Miqrantlardan barmaq izləri götürəcək, qeydiyyat aparacaq, şəxsiyyətləri müəyyən edəcək, belə deyək, Avropa Birliyinin qanun və qaydalarına məhəl qoymayan heç kimi Avropa birliyi hüdudlarına buraxmayacaq”, Avropa Birliyinin miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopulos bildirib.

Avromupulos bu barədə bilgiləri Romada Aralıq dənizi regionunda Dialoq adlı konfransın xüsusi sessiyasında çıxışı zamanı bölüşüb. Avropa sərhəd və sahil mühafizə polisinin nə vaxt təsis olunacağı barədə konkret tarix hələ ki, məlum deyil.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR