Mühacirlərin qızılları əllərindən alınacaq

Mühacirlərin qızılları əllərindən alınacaq
07:52 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Danimarkada mühacirlərin qızıl-zinyət əşyaları əllərindən alına bilər. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə ölkənin ədalət və qaçqınlar naziri Sören Pind məlumat verib. O, deyib ki, ölkəyə gələn qaçqınların qızılları onlardan alınıb dövlətə verilməlidir: "Beləcə bu qiymətli əşyalar onların öz xərclərinin ödənilməsinə xərclənməlidir". 

Qeyd edilib ki, mühacirlərin nişan üzüyü, saat və cib telefonları alınmayacaq. Təklifin sərt reaksiyalara səbəb olsa da, qəbul olunacağı ehtimal edilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR