"Bu, bizim problemimizdir"

"Bu, bizim problemimizdir"
07:57 12 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" Çempionlar Liqasında əlverişli sayılan B qrupundan çıxa bilmədiyi üçün media və azarkeşlərin təzyiqi altındadır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "manikunianlar"ın baş məşqçisi Lui van Qaal "Bornmut"la oyun öncəsi açıqlamasında Avroliqanı da ciddi turnir hesab etdiyini bildirib.

"Şübhə etmirəm ki, bu komanda ilə titullar qazana bilərəm. Futbolda qələbə də, məğlubiyyət də olur. Bu faktı futbolçu və məşqçi kimi qəbul etməlisən. Gərgin çalışmaq lazımdır. Mən və futbolçularım da bunu edirik. Problem gözləntiləri doğrultmaqla bağlı meydana çıxır. "Mançester Yunayted" kimi kluba qarşı gözləntilər də böyükdür. Bu, bizim problemimizdir. Hesab edirsiniz ki, Avropa Liqasında qalib gəlmək asandır? Mən başqa cür düşünürəm. "Ayaks"da çalışdığım ilk mövsümdə UEFA kubokunu qazanmışdım və həmin uğura görə fəxr edirəm. Mənim üçün Avroliqa vacib turnirdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR