​Azərbaycan oktyabrda Qazaxıstana 58 ton çay ixrac edib

​Azərbaycan oktyabrda Qazaxıstana 58 ton çay ixrac edib
08:27 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan cari ilin oktyabr ayı ərzində Qazaxıstana 57,4 ton çay ixrac edib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, Qazaxıstan 2015-ci ilin yanvar-oktyabr ayları ərzində ümumilikdə 21,6 min ton çay idxal edib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 7,4% azdır.
Oktyabrda bu göstərici 2447,7 tona bərabər olub. Qazaxıstan MDB ölkələrindən 80,2 ton çay idxal edib ki, bunun da 57,4 tonu Azərbaycanın, 22,8 tonu isə Qırğızıstanın payına düşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-oktyabrda-qazaxistana-58-ton-cay-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR