"Heydər zirvəsi"ndə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

"Heydər zirvəsi"ndə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib
10:02 12 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində 3 751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə yürüş uğurla başa çatıb. Bu barədə "Report"a Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAİREX) məlumat verilib. 
Məlumata görə, artıq ənənəyə çevrilən yürüşdə FAİREX idmançılarının bir qrupu çətin hava şəraitinə baxmayaraq, dekabrın 10-da zirvəyə qalxaraq ümummilli lider Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri qoyaraq ulu öndərin xatirəsini yad ediblər.
Qeyd edək ki, yürüş Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyi ilə baş tutub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR