İrandan Rusiyaya zərbə

İrandan Rusiyaya zərbə
10:05 12 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

İran Suriyaya iki il əvvəl yolladığı "İslam İnqilabı Keşikçiləri Korpusu"nun ("Pəsdəran") xüsusi təyinatlı dəstələrini ölkədən çıxarmağa başlayıb. 

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, rəsmi Tehran Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatların iştirakçısı, Moskvanın yaratdığı koalisiyanın iştirakçısı olmaq istəmir.
ABŞ prezidenti Barak Obama ötən ay Rusiya və İranın Suriyadakı hərbi əməkdaşlığını "iki nəfərin koalisiyası" adlandırmışdı.

İndi həmin koalisiya parçalanır. 
Ekspertlərin fikrincə, İranın Suriyadan "Pəsdəran" dəstələrini çıxarmasının səbəbi terrorçularla döyüşlərdə ağır itkilər verməsidir. Bu döyüşlərdən birində İran ordusunun canlı əfsanəsi, general-mayor Qasım Süleymaninin Hələb yaxınlığında həlak olduğu da vurğulanır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR