Ermənilər atəşkəsi 88 dəfə pozdu

Ermənilər atəşkəsi 88 dəfə pozdu
10:09 12 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 88 dəfə pozub. 

 


Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

 


Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 

 

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR