Məşhur azərbaycanlının xalq artistindən uşağı dünyaya gəldi (FOTO)

Məşhur azərbaycanlının xalq artistindən uşağı dünyaya gəldi  (FOTO)
10:16 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ukraynanın xalq artisti İrina Bılık oğlunun adını Təbriz qoyub.

ANS PRESS-in məlumatına görə, Rusiyada məşhur olan əslən azərbaycanlı stilisit və rejissor Aslan Əhmədovun sevgilisi İrina Bılık ikinci dəfə ana olub.İfaçı uşağın atasının həmyerlimiz olduğunu təsdiq edib.

Bu barədə ifaçı sosial şəbəkədə bildirib. Sənətçi körpənin şəkilini paylaşaraq “Mən yenə ana oldum. Çox xoşbəxtəm” yazıb.


İrina Bılıkın "Facebook" səhifəsi

İfaçının oğlu Avropada dünyaya gətirib. Aslan ilə İrinanın münasibətləri əvvəl dost kimi olub. Buna görə də onların uşaqlarının olması hər kəsi təəccübləndirib. Deyilənə görə körpənin adının Təbriz qoyulması da gənc atanın azərbaycanlı olmasından irəli gəlir.

Ukraynanın xalq artisti 2 dəfə evli olub. İfaçının 16 yaşlı Qleb Overçuk adında oğlu var.


İrina Bılık və Qleb Overçuk

Aslan Əhmədov uzun müddət Rusiyanın xalq artisti Lyudmila Qurçenkonun stilisti olub. Fotoqraf, rejissor və prodüser bir çox ulduzlarla iş birliyi edib.


Lyudmila Qurçenko

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR