ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Suriya üzərindən uçmamağı tövsiyə edib

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Suriya üzərindən uçmamağı tövsiyə edib
10:37 12 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Suriya hava sahəsindən uçmağın təhlükəli olması barədə xəbərdarlıq edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşkilatın cümə günü nəşr edilən məlumatında bildirilir.
"Xaricə səyahət etməyi planlaşdıran ABŞ vətəndaşlarına qətiyyətlə Suriya hava məkanından keçməkdən yayınmaq üçün təyyarənin nəzərdə tutulan marşrutuna diqqət yetirməyi tövsiyə edirik", - məlumatda bildirilir.
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Suriya üzərində uçuşların riskli olması haqqında xəbərdar edib.
Dövlət Departamenti eyni zamanda xəbər verib ki, ABŞ-ın Livandakı diplomatik nümayəndəliyinin üzvlərinə Suriya hava məkanından keçən uçuşlardan istifadə etmək qadağan olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-dovlet-departamenti-olke-vetendaslari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR