"Paramparça"dan gözlənilməz ayrılıq - fotolar

"Paramparça"dan gözlənilməz ayrılıq - fotolar
10:46 12 Dekabr 2015
111 Şou
Ölkə mətbuatı
A- A+

Son dövrlərin ən reytinqli seriallarından olan "Paramparça"da qalmaqallar bitmir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor və aktrisalar arasında davam edən münaqişələr pik həddinə çatıb. Belə ki, baş rol qəhrəmanı Nurgül Yeşilçayın layihədən ayrılacağı deyilir. Serialın yaradıcı heyəti ilə ekran işini çəkən "Endemol" şirkəti arasında keçirilən son toplantıda aktrisa "artıq mənə icazə verin" deyərək son qərarını açıqlayıb.

Tərəflər razılaşa bilməsə, Yeşilçayın 6-7 seriya sonra serialdan ayrılacağı dəqiqdir.

Qeyd edək ki, keçən həftə Nurgül tərəf müqabili Erkan Petekkaya ilə öpüşmək üstdə dava salmışdı. Erkan belə səhnələrə qarşı olduğunu bildirib, aktrisa isə "bu səhnə mütləq çəkilməlidir" demişdi. Bunun cavabında aktyor ona "sən öpüşməyə nə həvəsli imişsən" söyləyərək aralarındakı soyuqluğu bir az da artırmışdı.





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR