Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev beynəlxalq reytinq cədvəlində liderliyini davam etdirir

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev beynəlxalq reytinq cədvəlində liderliyini davam etdirir
10:48 12 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
Dünya Güləş Birliyi 2015-ci ilin noyabrında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni beynəlxalq reytinq siyahısını açıqlayıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın 13 sərbəst güləşçisi reytinq siyahısında yer alıb. Ötən ay Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimizin qazandığı 3 qızıl, 4 gümüş və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.
Dünya çempionatında qızıl medal qazanmaqla, sərbəst güləş tariximizdə ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev (61 kq) “Qızıl Qran-pri” turnirini də qalib tamamlamaqla öz çəki dərəcəsində birinciliyini qoruyub. Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) “Qızıl Qran-pri” turnirində də analoji nəticəni göstərib və reytinqdə ikinciliyini qoruyub. Mövqeyini dəyişməyən daha bir Azərbaycan güləşçisi Olimpiadanın ikiqat bürünc medalçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumovdur (97 kq). O, reytinqdə 3-cü yerdə qərarlaşıb.
Olimpiya çempionları Toğrul Əsgərov (65 kq) və Şərif Şərifov (97 kq) isə müvafiq olaraq bir pillə irəliləyiblər. “Qızıl Qran-pri” turnirinin gümüş mükafatını qazanan təmsilçilərimiz 4-cü və 6-cı yerə yüksəliblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_serbest_guleschisi_Haci_Aliyev_beynelxalq_reytinq_cedvelinde_liderliyini_davam_etdirir-910584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR