Yaponiyada qasırğa ilə əlaqədar 40-dan çox aviareys təxirə salınıb

Yaponiyada qasırğa ilə əlaqədar 40-dan çox aviareys təxirə salınıb
11:13 12 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 12 dekabr, AZƏRTAC
Yaponiyanın mərkəzi hissəsində dekabrın 11-də əsən güclü qasırğa nəticəsində 15 nəfər xəsarət alıb.
Bu barədə NHK televiziya kanalı məlumat yayıb.
Tokio prefekturasının Çiba şəhərində və Yokohamada daha çox zərərçəkənin olduğu bildirilir. Hava şəraiti pis olduğuna görə, Tokionun Haneda aeroportunda 40-dan artıq aviareys təxirə salınıb.
Yaponiyanın bir çox rayonlarında güclü yağış yağıb, küləyin surəti saniyədə 30 metri keçib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyada_qasirga_ile_elaqedar_40_dan_chox_aviareys_texire_salinib-910598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR