Cavid Qurbanov: "Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək"

Cavid Qurbanov: "Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək"
11:17 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı.12 dekabr. REPORT.AZ/ "Şimal-Cənub dəhlizi bizə lazım olan layihədir. Ona görə də biz bu işi asanlaşdırmağa çalışırıq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov bildirib ki, artıq bununla bağlı Koordisaya Şurası da yaradılıb: "Dekabrın 21-də İran paytaxtı Tehran şəhərində görüş keçiriləcək. Görüşdə məsələlərin konkret qoyulması nəzərdə tutulub. Birinci mərhələ olaraq, Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək. Bundan başqa, 100 metrlik də körpü tikiləcək. Bu da yüklərin asan daşınması üçün edilir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR