Bakı, 12 dekabr, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ikinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində Belarus millisi ilə qarşılaşan komandamız 7:2 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Eduardo Mello Borges het-trik edib. Hərəyə 1 dəfə Vitali Borisov, Vieira Da Silva Augusto Sezar, Ramiz Çovdarov və Fineo de Araujo fərqlənb.
İlk oyunda millimiz İsveç millisini 8:2 hesabı ilə məğlub etmişdi.
Futzalçılarımız növbəti oyununu dekabrın 13-də Xorvatiya yığmasına qarşı keçirəcək.