Səhlab Bağırov: Nardaranda vəziyyət nəzarət altındadır

Səhlab Bağırov: Nardaranda vəziyyət nəzarət altındadır
11:31 12 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

"Nardaranda hər şey normaldır, əhali gündəlik işləri ilə məşğuldur. Qəsəbədə vəziyyət tam nəzarət altındadır". Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Səhlab Bağırov deyib.

General-mayor qəsəbədə hüquq-mühafizə orqanları tərəfindən əvvəki qaydada təhlükəsizlik tədbirlərinin davam etdirilirdiyini açıqlayıb.

Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis sercantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olub.



Nardarandakı əməliyyatdan görüntülər

Dekabrın 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub.

Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd "Molotov Kokteyli", 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb.

Bu hadisədən sonra qəsəbədə bir neçə dəfə silah-sursat aşkarlanıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR