Nazir müavini: "İtkin düşən neftçilərin axtarışı davam etdirilir"

Nazir müavini: "İtkin düşən neftçilərin axtarışı davam etdirilir"
11:52 12 Dekabr 2015
77 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı.12 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir. "Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib. 
Onun sözlərinə görə, hazırda Nazirliyin 3 helikopteri, 1 təyyarəsi axtarış-xilasetmə işlərinə cəlb olunub: "Dövlət Sərhəd Xidmətinin isə 2 helikopteri və gəmiləri axtarış aparır. Hava şəraitinin pisləşdiyi vaxtda belə axtarış işləri dayandırılmayıb".

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/i-tkin-dusen-neftcilerin-axtarisi-davam-etdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR