Tovuzlular Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər

Tovuzlular Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər
11:58 12 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Tovuz, 12 dekabr, Famil Quliyev, AZƏRTAC
Tovuzda ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. Rayon ictimaiyyəti dekabrın 12-də Heydər Əliyev Meydanında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları daha sonra şəhərdəki Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hər kəsi yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.
Rayonun təhsil ocaqlarında Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilib, məktəblilərə dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlar barədə ətraflı məlumat verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR