Rusiyadan İrana Azərbaycan ərazisindən dəmir yolu ilə daşınan yüklər artıb

Rusiyadan İrana Azərbaycan ərazisindən dəmir yolu ilə daşınan yüklər artıb
12:03 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son aylar ərzində Azərbaycan dəmir yolları ölkənin dəmir yolu ilə bağlı tranzit potensialının artırılması istiqamətində bütün imkanları səfərbər edib. Artıq Rusiya Federasiyasından İran İslam Respublikasına, Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, dəmir yolu ilə daşınan yeni yüklər cəlb olunmağa başlanıb.

Dəmir yolu ilə daşınan yüklərin Azərbaycan üzərindən, Astara stansiyasından İrana daşınmasını təmin etmək üçün İngiltərənin Moskvada yerləşən MDB üzrə “Argus Media” Qiymət Agentliyi ilə danışıqlar aparılıb. “Argus Media” Qiymət Agentliyi İrana, əsasən, Rusiyadan və Qazaxıstandan taxıl məhsulları, dəmir məmulatları və taxta materiallarının daşınmasını həyata keçirir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin apardığı düzgün tarif siyasəti nəticəsində bəzi yüklərin Azərbaycan üzərindən İrana uğurla daşınması mümkün olub.

Qeyd edək ki, əvvəlki marşrutlarla aparılan daşımalarda bəzi çətinliklər mövcud idi. Birincisi, Rusiyadan Qazaxıstan və Türkmənistan üzərindən - Sərəxs keçid məntəqəsindən İrana qədər olan məsafə kifayət qədər uzaqdır. Rusiyanin dəniz limanlarından daşınan yüklər isə gəminin yükü tam yığılanadək saxlandığı zaman əlavə cərimələr yaranır. Bu yüklər Azərbaycan dəmir yolu üzərindən tranzit olaraq daşınanda isə həm məsafə qısalır, həm də əlavə cərimələrdən qaçınılır.

Dekabrın əvvəlində Rusiyanın Mixaylovo - Leontyevskaya stansiyasından göndərilmiş 5 vaqon darı (340 ton) Astara stansiyasında vaqonlardan maşınlara yüklənərək İrana göndərilib.

Daha 10 vaqon darı (700 ton) Rusiyanın Sebryakovo stansiyasından Astara stansiyasına, sonradan isə İran alıcısının sifarişi ilə maşınlarla İrana göndəriləcək. Artıq 3 vaqon Astara stansiyasındadır və yükün maşınlarla İrana göndərilməsi prosesi gedir.

Bütün bu işlər müasir tələblərə cavab verən terminalda avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Yaxın vaxtlarda Qazaxıstan və Rusiyadan minlərlə ton həcmində buğda, arpa, kətan, mərci kimi yüklərin Astara stansiyasına və oradan da İrana göndəriləcəyi planlaşdırılır. Gələcəkdə bu istiqamətdə yüklərin daha da artacağı gözlənilir.

Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında" Sazişə qoşulub.

"Şimal-Cənub" dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa - Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Toqquşma başlayır, qonşularımız döyüşə girir - Türkiyəli politoloq MÜHARİBƏ PLANINI AÇDI

26 Sentyabr 2017 17:08

Fatih Terim İran klubundan təklif alıb

26 Sentyabr 2017 17:07

Mübariz Qurbanlı: “Allahşükür Paşazadə haqqında bu cür yazıların dərc olunması yolverilməzdir”

26 Sentyabr 2017 17:07

"Azərbaycana on milyardlarla gəlir gətirəcəyik" - Rövnəq Abdullayev

26 Sentyabr 2017 17:04

Çində insanların bir-birini yeməsinə səbəb olan 26 SENTYABR QƏRARI - Dəhşətli FAKT

26 Sentyabr 2017 17:03

Sabah muzeylərə giriş pulsuz olacaq

26 Sentyabr 2017 17:01

"Bu, "Roma" üçün rüsvayçılıq olar" - Arriqo Sakki

26 Sentyabr 2017 16:57

MTRŞ ATV-dəki dəyişikliklərə MÜNASİBƏT BİLDİRDİ

26 Sentyabr 2017 16:53

London metrosunda daha bir partlayış

26 Sentyabr 2017 16:53

Mərdəkan çimərliyi tullantılardan təmizləndi - FOTO

26 Sentyabr 2017 16:48

Aparıcıya əxlaqsız təklif: "Əvvəl yeməyi, sonra səni yemək istəyirəm" - VİDEO

26 Sentyabr 2017 16:48

İşlədiyi şirkətdən oğurluq təşkil edən qadın azadlığa buraxılıb və yenidən həbs edilib

26 Sentyabr 2017 16:42

ATV-nin daha bir məşhur siması

26 Sentyabr 2017 16:39

Aygün Kazımovanın çəkdirdiyi anons oğurlandı

26 Sentyabr 2017 16:39

Feysbuk BAĞLANIR - şok ADDIM

26 Sentyabr 2017 16:38

Sabiq kansler "Rosneft"in sədri təyin edilib

26 Sentyabr 2017 16:37

Totti Azərbaycana gəlməkdən imtina etdi - SƏBƏB

26 Sentyabr 2017 16:37

Azərbaycan beynəlxalq konfransda nələri müzakirə edib?

26 Sentyabr 2017 16:35

“Huawei” və “Intel” şirkətləri “5G” texnologiyaları üzərində səylərini birləşdirir

26 Sentyabr 2017 16:35

“Instagram” şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb

26 Sentyabr 2017 16:35

Tələbələrin qovulması xəbərinə universitetdən REAKSİYA

26 Sentyabr 2017 16:33

London metrosunda partlayış baş verib

26 Sentyabr 2017 16:32

“Qarabağ” - “Roma” matçına onlayn sifariş edənlərdən 52 min nəfəri vaucerlərini biletlərlə dəyişdirib

26 Sentyabr 2017 16:32

ATV-də kimlər qara siyahıya salınıb?

26 Sentyabr 2017 16:28

Azərbaycanda 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq

26 Sentyabr 2017 16:27

"SOCAR Methanol" şirkəti Moskvada beynəlxalq konfransda iştirak edib

26 Sentyabr 2017 16:27

MTRŞ: ATV-dəki rəhbər dəyişikliyi ilə bağlı

26 Sentyabr 2017 16:26

160 il yaşayan xalqın pəhrizi üzə çıxdı

26 Sentyabr 2017 16:23

MTRŞ ATV-nin rəhbərliyinin dəyişdirilməsinə münasibət bildirib

26 Sentyabr 2017 16:22

Çində yük maşını üç mikroavtobusla toqquşdu

26 Sentyabr 2017 16:20

“Qarabağ”dan xəbərsiz MƏŞHURLAR - SORĞU

26 Sentyabr 2017 16:18

Ermənistanda şirkət direktorunun müavini rüşvət verməkdə şübhəli bilinərək tutulub

26 Sentyabr 2017 16:17

“Qarabağ”ın rəqibi futbolçusu ilə yeni müqavilə bağlayır

26 Sentyabr 2017 16:17

Media nümayəndələri və məktəblilər “TurAz Qartalı - 2017”ni izləyiblər

26 Sentyabr 2017 16:14

Kəmaləddin Heydərov Ceyms Appaturayla görüşdü

26 Sentyabr 2017 16:13

Azərbaycan HHQ-nin baş şturmanı: "Artıq NATO taktikasını öyrənmişik"

26 Sentyabr 2017 16:12

İradə Azərbaycana gəlişinin səbəbini açıqladı - FOTO

26 Sentyabr 2017 16:04

ABŞ Cocuq Mərcanlının iqtisadi inkişafı ilə bağlı proqrama başladı

26 Sentyabr 2017 16:03

Bakı-Şamaxı-Yevlax yolu təmir olunur

26 Sentyabr 2017 16:01

"Roma" klubu Bakıya gəldi - FOTOLENT

26 Sentyabr 2017 15:59

255 nəfər zəhərləndi, 3 nəfər öldü - AZƏRBAYCANDA

26 Sentyabr 2017 15:58

Azərbaycanda hakimiyyət nümayəndəsinin tələbinə tabe olmayanlara yeni cəza tətbiq olunacaq

26 Sentyabr 2017 15:57

Qazaxıstan Xəzərdə 50 mlrd. ton karbohidrogen ehtiyatının olduğunu ehtimal edir

26 Sentyabr 2017 15:57

"Azərbaycanla görüşdə hədəfimiz 3 xaldır" - Karel Yarolim

26 Sentyabr 2017 15:57

ATV-nin yeni prezidenti kimdir?

26 Sentyabr 2017 15:55

Kəmaləddin Heydərov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

26 Sentyabr 2017 15:54

Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılmasına münasibət bildirib

26 Sentyabr 2017 15:52

"Qarabağ"ın futbolçusu Norveç yığmasında

26 Sentyabr 2017 15:47

Qaynanasını bıçaqlayan kürəkənə YÜNGÜL CƏZA

26 Sentyabr 2017 15:44

Ailə üzvlərinin hamısını öldürən soydaşlarımız

26 Sentyabr 2017 15:41