Polis piyadalara "müharibə" elan etdi - FOTO

Polis piyadalara "müharibə" elan etdi - FOTO
12:05 12 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Yol polisi Bakıda piyadalara qarşı reyd keçirir.

Milli.Az xəbər verir ki, bu gün səhər saatlarından etibarən paytaxtın müxtəlif ərazilərində yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reydlər keçirilməyə başlanıb. Bu məqsədlə ərazilərə onlarla yol polisi əməkdaşı dislokasiya olunub.

Konkret olaraq metronun "İnşaatçılar" stansiyasının üstündə, eləcə də "Beşmərtəbə" deyilən ərazidə, Akademik Milli Dram Teatrının qarşısında piyada keçidlərini qoyub yolun üstü ilə keçən piyadalar dərhal saxlanılaraq inzibati məsuliyyətə cəlb olunurlar. Qanun pozuntuları ilə bağlı yol polisi tərəfindən yerindəcə protokol tərtib olunur və piyadalar cərimə edilirlər.

Ceyhun Ələkbərov
Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR