Gitaralı bakılı oğlan "Qolos"u tərk etdi (VİDEO)

Gitaralı bakılı oğlan "Qolos"u tərk etdi (VİDEO)
12:16 12 Dekabr 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

Bakılı oğlan Emil Kadırov Rusiyanın Birinci kanalında yayımlanan məşhur “Qolos” layihəsini tərk edib.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı gənç ifaçı “Qolos” verilişinin ¼ final mərhələsində əfsanəvi sənətçi Müslüm Maqomayevin “Sinyaya Veçnost” mahnısını ifa edib.

İlk üçlükdə Emil Kadırovla Mixail Ozerov və Elena Romanova çıxış edib. Emilin müəllimi Aleksandr Qradskiy Bakılı gitaraçının ifasına səslərin 20 faizini verib.


Emil Kadırov - "Sinyaa Veçnost"

Tamaşaçılar isə Emillə Mixaillə eyni miqdarda -40,3 faiz səs veriblər. Mixail Adelin yeni mahnısı "Hello"nu ifa edib.


Mixail Ozerov - "Hello"


Elena Romanova - "Don't cry for me Argentina"

Lakin Mixail Ozerovun müəllimi ona 50 faiz səs verərək şagirdinin yarımfinala keçməsinə şərait yaradır.

Həmyerlimiz son nitqində müəllimi Aleksandr Qradskiyə və onun prodüseri Yuriy Aksütə təşəkkür edib. O, tamaşaçılara “Gitaralı oğlan”a inandıqları üçün minnətdarlığını bildirərək şounu tərk edib.

Bir neçə ay əvvəl Emil Kadırov "Qolos” layihəsinin 4-cü mövsümünə iştirakçı kimi qatılıb. O, “Baila me” (“Mənim üçün rəqs et”) mahnısını təqdim edib. Onun ifası münsiflərlə bərabər tamaşaçıları da heyrətləndirib.


Emil Kadırov "Qolos" yarışmasında “Baila me” (“Mənim üçün rəqs et”) mahnısını ifa edərkən

Qriqoriy Leps, Polina Qaqarina, Basta (Vasiliy Vakulenko) və Aleksandr Qradskinin daxil olduğu münsiflər heyətinin qarşısında çıxış edən Emil Kadırov növbəti tura vəsiqə qazanıb.

Müğənninin səsini Aleksandr Qradski və Basta bəyənib. Nəticədə Emil Kadırov öz iştirakını Qradskinin komandasında davam etdirmək arzusunda olduğunu deyərək onu seçib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR