İmtahana gedən məktəblilər dəhşətli qəzaya düşdü: 11 ölü

İmtahana gedən məktəblilər dəhşətli qəzaya düşdü: 11 ölü
12:24 12 Dekabr 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə dəhşətli yol qəzası baş verib. Lent.az "Doğan" Xəbər Agentliyinə istinadən məlumat verir ki, Van vilayətinin Erciş qəsəbəsində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər həyatını itirib. Saat 10:30 radələrində baş verən qəzada daha 6 nəfər ağır xəsarət alıb.

 

Bildirilir ki, qəzada ölən və yaralananların hamısı mikroavtobusda olanlardır. Mikroavtobus Vanın Çaldıran rayonundan mərkəzə gəlirmiş və məktəbliləri imtahana aparırmış. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR