"Intel" korporasiyasının yaradıcısının anadan olmasından 88 il ötür

"Intel" korporasiyasının yaradıcısının anadan olmasından  88 il ötür
12:26 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

12 dekabr 1927-ci il tarixində "Intel" şirkətinin həmtəsisçisi Robert Noys doğulub.
 
O, 1953-cü ildə Massaçusets Texnologiya İnstitutunda fizika üzrə doktorluq dərəcəsi aldıqdan sonra silisium yarımkeçiricilərlə məşğul olan "Shocley Semiconductor Laboratory" şirkətində işləyib. Ancaq 1957-ci ildə oranı tərk edərək "Fairchild Semiconductor" firmasını təsis edib.
 
1968-ci ildə Robert Noys öz əməkdaşı Qordon Murla birlikdə "Intel" şirkətinin əsasını qoyublar.
 
2 il sonra mikrosxemlərin ilk kommersiya partiyası buraxılıb. 1971-ci ildə "Intel" firması "4004" adlı ilk mikroprosessorunu hazırlayıb. Robert Noys sözügedən mikroprosessorun hazırlanmasında fəal iştirak edib.
 
O, ömrünün son 2 ilini mikrosxemlərin inkişaf perspektivlərini tədqiq edən "Sematech" şirkətində çalışıb. 1990-cı ildə infarktdan dünyasını dəyişib.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40315-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR