«Windows XP Embedded» sisteminin dəstəyi dayandırıldıqdan sonra bankomatlar təhlükə ilə üzləşə bilər

«Windows XP Embedded» sisteminin dəstəyi dayandırıldıqdan sonra bankomatlar təhlükə ilə üzləşə bilər
12:26 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bank sistemlərinin təhlükəsizliyi üçün proqram təminatının hazırlanması ilə məşğul olan «Abatis» şirkətinin ekspertləri bildiriblər ki, «Windows XP Embedded» sisteminin rəsmi dəstəyi dayandırıldıqdan sonra dünyada qurulmuş bankomatların əksəriyyəti təhlükəsizlik problemi ilə üzləşə bilər.
 
«ICTnews» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, masaüstü «Windows XP» sisteminin dəstəyi 2015-ci ilin iyulunda dayandırılıb. “Lakin «Windows XP Embedded» platforması 2016-cı ilədək dəstəkləndiyinə görə bankomatların bir çoxunda hələ də bu köhnə əməliyyat sistemindən istifadə edilir", - «Abatis» şirkətinin direktoru Kerri Devis deyib.
 
 
O xəbərdarlıq edir ki, əməliyyat sistemində təhlükəsizlik yeniləmələrinin olmaması bankomatları zərbə altında qoyur. Təkcə Böyük Britaniyada 65 min bankomat qurulub ki, onların da əksəriyyəti «Windows XP Embedded» sistemi ilə idarə olunur.
 
«European ATM Security» assosiasiyasının məlumatına görə, 2014-cü ildə Qərbi Avropada hakerlər tərəfindən zərərli proqram təminatının köməyi ilə bankomatlardan pulların çəkilməsi ilə bağlı 51 hadisə qeydə alınıb. O vaxt ümumilikdə 1,23 milyon avro oğurlanmışdı. Ekspertlər bildirib ki, bu halda «Windows XP» ƏS-dən istifadə sözügedən problemə səbəb olub.
 
Emil Hüseynov
 
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40314-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR