Qalxanabənzər vəzinin xəstəliyi - tireotoksikoz

Qalxanabənzər vəzinin xəstəliyi - tireotoksikoz
12:31 12 Dekabr 2015
74 Şou
Ölkə mətbuatı
A- A+

Bu xəstəlik qanda tireoid hormonlarının artması ilə müşahidə olunur. Bu xəstəliyə daha çox zobu olan insanlarda rast gəlinir.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, qanda tireoid hormonlarının artması zülal mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.

Xəstəlik zamanı insanda aşağıdakı hallar baş verir:

· Sinir sisteminin həssaslığının artması, yuxu pozulması və əsəbilik
· Tərləmə, yüksək hərarət
· Ürək döyüntülərinin artması
· Bütün bədənin titrəməsi
· Zəiflik, tez yorulma
· Aylıq tsiklin pozulması
 
Hərarətin artması, qusma, huşun itirilməsi xəstənin vəziyyətinin daha ağır olduğundan xəbər verir. Belə halda xəstə hətta komaya da düşə bilər.

Tireotoksikozu təbii vasitələrlə də müalicə etmək mümkündür.

· Şəkər çuğundurundan 150 qr. götürüb, sürtgəcdən keçirt. Hər səhər acqarnına ye.

· Pişikotu kökündən 2 xörək qaşığı götürüb, 3 stəkan qaynar suya töküb, yarım saat dəmlə. Gün ərzində 3 dəfə bu qarışıqdan yarım stəkan içmək tireotoksikozu tamamilə sağaldacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR