11 yaşlı məktəblini avtomobil vurdu

11 yaşlı məktəblini avtomobil vurdu
12:37 12 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Göyçayda velosipedlə yolu keçən uşağı avtomobil vurub.

APA-nın xəbərinə görə, hadisə rayonun Mırtı kəndində qeydə alınıb.

Rayon sakini Ayaz Osmanov idarə etdiyi 99-EV-471 dövlət nömrə nişanlı "Ford" markalı avtomobillə hərəkətdə olarkən velosipedlə qarşısına çıxan Mırtı kənd sakini, 2004-cü il təvəllüdlü Əzizov Pərvin Saqif oğlunu vurub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan P.Əzizov təcili olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. 

Qeyd edək ki, P.Əzizov Mırtı kənd orta məktəbinin V sinif şagirdidir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR