Kabildə terror aktı nəticəsində yaralanan ispaniyalı polis həyatını itirib

Kabildə terror aktı nəticəsində yaralanan ispaniyalı polis həyatını itirib
12:43 12 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 11-də Əfqanıstanın paytaxtı Kabil şəhərində İspaniya səfirliyi qarşısında baş verən hücum nəticəsində yaralanan ikinci ispan polisi də həyatını itirib. Bu barədə İspaniya Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda deyilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nazirliyin məlumatına əsasən, ağır yaralanan polis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb. Bir qədər əvvəl rəsmi Madrid hücum nəticəsində bir polis əməkdaşının həlak olduğunu bildirmişdi.
Xatırladaq ki, dekabrın 11-də Kabilin Şirpur rayonunda minalanmış avtomobili partladan yaraqlılar sonra təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücum ediblər və nəticədə şiddətli atışma baş verib. Hücumun məsuliyyətini “Taliban” hərəkatı öz üzərinə götürüb.
Yerli və xarici təhlükəsizlik qüvvələri, dövlət müəssisələri və onların əməkdaşları mütəmadi olaraq “Taliban” hərəkatının hücumlarına məruz qalır.
Əfqanıstanda NATO-nun missiyası çərçivəsində 21 ispan hərbçisi dislokasiya olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kabilde_terror_akti_neticesinde_yaralanan_ispaniyali_polis_heyatini_itirib-910631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR