ABŞ-ın yeni döyüş gəmisinin mühərriki açıq dənizdə sıradan çıxıb

ABŞ-ın yeni döyüş gəmisinin mühərriki açıq dənizdə sıradan çıxıb
12:48 12 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Kanadanın Qalifaks şəhərindən Can-Dieqoya yollanan ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “Milwaukee” döyüş gəmisi dekabrın 11-də açıq dənizdə sıradan çıxıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, gəminin cəmi 20 gün əvvəl, noyabrın 21-də istifadəyə verildiyi bildirilir.
“Milwaukee” buksir vasitəsi ilə Virciniya ştatındakı hərbi bazaya gətirilib. Hazırda gəmi komandası və texniki mütəxəssis heyəti hadisənin səbəblərini araşdırır. İlkin versiyaya görə, insident sürtgü yağı filtrinə metal hissəciklərin düşməsi və bu səbəbdən mühərrikin sıradan çıxması nəticəsində baş verib.
Hadisə barədə ABŞ hökumətinə də məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_yeni_doyus_gemisinin_muherriki_achiq_denizde_siradan_chixib-910634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR