Xaçmaz, 12 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirə günü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayaraq rayon sakinləri axın-axın Heydər Əliyev adına parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək düzüblər. Mərasimdə rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar kollektiv şəkildə iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Xaçmazda ehsan süfrələri açılıb.