Qəbələ və Oğuzda ümummilli lider anılıb

Qəbələ və Oğuzda ümummilli lider anılıb
12:52 12 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Qəbələdə və Oğuzda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

"Kanal S" ( Region TV) xəbər verir ki, Qəbələdə təşkil olunan anım mərasimində ilk öncə ümummilli liderin abidəsi ziyarət olunub. Ardınca təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti iştirak edib. Daha sonra mərasim iştirakçıları Heydər Əliyev mərkəzini ziyarət edərək ulu öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla  tanış olublar.

Oğuz rayonunda da ümummilli lider anılıb. Bütün bölgələrdə olduğu kimi bu rayonda da ulu öndərin büstünü ziyarətlə başlayan anım tədbiri ümummilli liderin həyat və faliyyətindən, ölkə üçün gördüyü işlərdən bəhs edən tədbirlə davam edib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR