Tərtərdə inşa edilən şahmat məktəbində son tamamlama işləri görülür

Tərtərdə inşa edilən şahmat məktəbində son tamamlama işləri görülür
12:53 12 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 12 dekabr, AZƏRTAC 
Tərtər şəhərində inşa edilən şahmat məktəbində son tamamlama işləri görülür.
AZƏRTAC xəbər verir ki, müasir memarlıq üslubunda tikilən binanın ümumi sahəsi 1400 kvadratmetrdir. Şahmat məktəbinin birinci və ikinci mərtəbələri sinif otaqlarından, mansard hissəsi isə konfrans və yarışların keçirilməsi üçün zaldan ibarətdir.
Artıq binanın tikintisi başa çatıb. Binada daxili suvaq işləri görülüb, fasad hissəyə üzlük vurulub, istilik, elektrik və rabitə sistemləri çəkilib. Hazırda rəngsaz işləri görülür.
Şahmat məktəbində inşaat işlərinin bu ayın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterde_insa_edilen_sahmat_mektebinde_son_tamamlama_isleri_gorulur-910635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR