Putin qapıları bağladı: Sürüclər Bakıda çarəsiz qaldılar - FOTO

Putin qapıları bağladı: Sürüclər Bakıda çarəsiz qaldılar - FOTO
12:57 12 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra iki dövlət arasında münasibətlər xeyli gərginləşdi.

Rusiya tərəfi təyyarənin vurulmasına cavab olaraq Türkiyəyə qarşı bir sıra iqtisadi cəza tədbirləri tətbiq etdi.

Türk TIR-larına, yəni beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapılarını bağladı. Nəticədə Türkiyədən Orta Asiya respubikalarına yük daşıyan TIR-ların Rusiyadan tranzit keçidi mümkün olmadı.

Belə vəziyyətdə türk TIR-ları və Türkiyə mallarını daşıyan digər yük maşınları Azərbaycan üzərindən keçən dəhlizə üz tutdular.

Azərbaycan tərəfi isə Orta Asiyaya tranzit yükdaşımalarını asanlaşdırmaq üçün bir sıra addımlar atıb. Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Türkiyə tərəfinin xahişi əsasında ölkənin gömrük xidmətinə türk TIR-larının Azərbaycan üzərindən maneəsiz keçidini təmin etmək üçün xüsusi göstəriş verib.

Bu təlimata əsasən, Azərbaycan dəhlizindən istifadə edən türk sürücülərin vizası və keçid sənədi olmasa belə, onlara qarşı cəza tədbirləri görülməyəcək.

Lakin Türkiyə nəqliyyatçıları neçə vaxdır Xəzər dənizindən keçməklə Orta Asiyaya yükdaşımaların tariflərinin yüksək olmasından şikayətlənirdi. Azərbaycan prezidenti bu problemi də aradan qaldırdı. Prezident İlham Əliyevin göstərişi ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq etdi.

Beləliklə, bu tədbirlərdən sonra Azərbaycan üzərindən Orta Asiyaya tranzit yükdaşımaların həcminin kəskin artacağını gözləmək olardı.

Virtualaz.org saytının əməkdaşları Putinin türk TIR-larına qapıları bağlamasından sonra Azərbaycan üzərindən keçən dəhlizin necə işlədiyini araşdırmağı qərara aldı.

Türkiyə TIR-larının Bakı limanlarından istifadəsi ilə bağlı vəziyyət nə yerdədir? Yüzlərlə, minlərlə yük maşınının Bakı Beynəlxalq Dəniz Ticarət limanına üz tutması burada canlanma yaratdımı? Sürücülər yük apardıqları marşrutun dəyişməsindən razıdırmı?

Suallarımıza cavab almaq üçün Bakı Beynəlxalq Dəniz Ticarət limanına yollandıq.

Əvvəlcə liman əməkdaşları ilə söhbət zamanı öyrəndik ki, hazırda burada təxminən 160 yük maşını var. Əməkdaşların dediyinə görə, bəzən Xəzərdə hökm sürən pis hava şəraiti bərənin standart qrafikini pozur və o, limana yaxınlaşa bilmir, nəticədə isə iş ləngiyir.

Elə son günlərin fırtınası da Xəzər dənizindən yük daşıyan bərələrin qrafikinin pozulmasına səbəb olub. İşçilərin dediyinə görə, əsas problem bundan ibarətdir, başqa heç bir ciddi problem yoxdur.

TIR sürücüləri ilə söhbətimiz isə limanda vəziyyətin tamamilə fərqli, daha dəqiq desək, heç də ürəkaçan olmadığını göstərdi. Sürücülər deyir ki, onların əksəriyyəti bir həftədən çoxdur ki, limandadır, amma bərə tapa bilmədiklərinə görə yükləri mənzil başına çatdıra bilmirlər.

Limana yan alan bərələr isə TIR-lar üçün çox az yer ayırır. Onlar, əsasən, konteynerləri yükləyib gedirlər. Ona görə də limanda gözləyən 200-ə yaxın yük maşınının sayı hər gün artır.

Limana jurnalist gəldiyini eşidən digər sürücülər də toplanır və hamısı bir ağızdan eyni problemdən - gəminin gəlməməyindən narazılıq edir. Belə məlum olur ki, bu problemi-türk TIR-larının Azərbaycan dəhlizinə yönəlməsindən sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaranmış vəziyyəti ilk dəfə biz araşdırırıq.

Sürücülər bildirdilər ki, limana hər gün 50-yə yaxın yük maşını daxil olur, burada isə onların məşəqqətli günləri başlayır.

Sürücü Sadun Tokayın sözlərinə görə, yeyib-içmək, yatmaq üçün yer kimi problemləri özləri çətinliklə də olsa, həll edə bilirlər, əsas narahatlıq gəmi-bərənin vaxtında gəlib çıxmamasıdır.

"Azərbaycan dövlətindən xahiş edirik ki, bizə kömək etsin. Neçə gündür ki, burada qalmışıq. Qırğızıstanda məni 1 aydır gözləyirlər ki, yük gətirəcəm, amma gedib çıxa bilmirəm. Əgər mümkündürsə, gəmilərin gəlməyini tezləşdirsinlər"- türkiyəli TIR sürücüsü deyir.

Sürücülər deyir ki, 8 gün ərzində limana cəmi bir gəmi-bərə yan alıb. O da dəmiryol vaqonlarını, ya da konteynerləri yükləyib, boş qalan yerə cəmi 10-15 TIR götürüb və gedib.

Gürcüstan sərhədindən Azərbaycana Türkiyə  rəsmi şəxslərinin göstərişi ilə qayıtdıqlarını deyən TIR sürücüləri əlavə edir ki, onların hazırkı vəziyyətləri ilə bağlı maraqlanan yoxdur. Rəsmilər onlara heç nə demir.

"Bizə ancaq onu dedilər ki, bir-iki günə keçib gedəcəyik. Amma bizə elə gəlir ki, bu gedişlə hələ 10 gün də gözləməli olacağıq. Düzdür, hava şəraitinə görə ləngimələr ola bilər, biz havanı dəyişdirə bilmərik, sadəcə xahiş edirik ki, imkan varsa, bir bərə yox, iki bərə göndərsinlər" - deyə əlavə edən Mehmet adlı sürücü söhbətə qoşulur.

Onların təklifi də var...

Sürücülər hesab edirlər ki, bərələr gələndə heç olmasa bir-iki dəfə vaqonları yox, TIR-ları yükləsə, burada günlərdir gözləyənlərin hamısı mənzil başına çatar.

Sürücü Rəsulun sözlərinə görə, gəmi-bərələr bəzən Qırğızıstana zəlzələdən zərərçəkənlərə humanitar yardım aparır və bunu əsas gətirərək TIR-ları yükləmirlər: "Dedilər humanitar yardım aparırlar, ona görə də bizim yük maşınlarından cəmi 5-nə yer ayırdılar və getdilər. Əksəriyyəti isə vaqonlar aparır, TIR-lara çox az yer ayırılır. Türkiyədəki yükdaşıma şirkətləri də vəziyyətdən xəbərdardır, amma əllərindən heç nə gəlmir".

Limanın ətrafında hər yer yük maşınları ilə doludur. Soyuqda çöldə gəzişən sürücülərin oturub yemək yeyə biləcəyi, qızına biləcəyi kafe, hər hansı tikili, başqa sığınacaq gözə dəymir.

Yük maşınlarından birinin yanında qoyulan kiçik masada 3 sürücünün yemək hazırladığını görürük. Qışın, dəniz küləyinin soyuğunda çöldə oturan sürücülərə yaxınlaşırıq.

Məlum olur ki, limanın yeganə çətinliyi bərələrin azlığı deyil, burada sürücülər üçün nəzərdə tutulmuş kafe, mağaza, restoran - heç nə yoxdur.

Nahar etməyə hazırlaşan sürücü Mehmet Özcanın sözlərinə görə, limanda 250-yə yaxın sürücü üçün cəmi iki tualet var: "İki tualetdən biri bağlı idi, iki gün əvvəl açdılar. Arxa tərəfdə iki hamam var, amma qapıları bağlıdır. Niyə bağlı olduğunu soruşuruq, heç kim tutarlı cavab vermir. Tək narahatlıq bu da deyil, oturub istirahət edə biləcəyimiz kafe, isti bir yer yoxdur, hamımız öz maşınlarımızda qapanıb qalmışıq".

Süfrə arxasında əyləşənlər yerbəyerdən taksi qiymətlərindən də narazılıq edirlər. Deyirlər ərzaq almaq üçün yaxınlıqdakı qəsəbələrdən birinə getməli olurlar ki, bu da onlara sözün əsl mənasında baha başa gəlir. Qəsəbəyə getmək üçün taksilər ən azı 5 manat istəyir: "Bura avtobus xətti açsalar, heç olmasa işimiz qismən asanlaşar".

Günlərdir gəmi gözləyən, mənzilbaşına çatmaq istəyən sürücülər həm də sözün əsl mənasında dünyadan xəbərsizdirlər: "Nə televizora baxmaq imkanımız var, nə də xəbər ala biləcəyimiz başqa bir vasitə. Türkiyədə bu yükü çiynimizə bir ay əvvəl yükləmişik. Bu qədər vaxt ərzində yollardayıq, çətin şəraitdəyik. Burada isə vəziyyətimiz lap pisləşib".

Bir sözlə, belə görünür ki, prezident İlham Əliyevin regionda yaranmış yeni geosiyasi vəziyyətdə Azərbaycan üzərindən tranzit yükdaşımalarının həcmini artırmaq üçün ortaya qoyduğu siyasi iradə, verdiyi qərarlar bu qərarları icra etməli olan səlahiyyətli şəxslərə hələ təsir etməyib.

Əks halda necə ola bilərdi ki, gəmi-bərələrin azlığı bir yana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı heç sürücülərin tualet ehtiyaclarını da ödəyə bilməsin?...

Milli.Az


























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Amaliya Pənahovadan sonra Samirə də BUNU ETDİ... - VİDEO

22 Sentyabr 2017 14:03

"Nar"ın xüsusi kampaniyası davam edir

22 Sentyabr 2017 14:02

Erməni deputat: "Bakıda gəzib baxacağıq ki, erməni irsi necə qorunub”

22 Sentyabr 2017 13:59

Nizami Kino Mərkəzində yeni təyinat olub

22 Sentyabr 2017 13:57

Hacı Əliyev: "Şəxsən o insanlar məni qıcıqlandırır" - VİDEO

22 Sentyabr 2017 13:57

Bank Ombudsmanı ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu arasında görüş keçirilib

22 Sentyabr 2017 13:57

Roza Qazaxıstanda kimlə görüşüb? - FOTOLAR

22 Sentyabr 2017 13:54

Hər həftə 150 dəqiqə bunu ETSƏNİZ... - Alimlərdən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2017 13:53

Stiven Cerrard, Frenk Lempard və Hari Spidin adları İngiltərə futbolunun Şöhrət Zalına daxil edilib

22 Sentyabr 2017 13:52

"Faytonçu" Nazim efirdə jurnalistlə dalaşdı - VİDEO

22 Sentyabr 2017 13:49

ADO-da növbəti YARIÇILPAQ SƏHNƏ

22 Sentyabr 2017 13:48

Mirzə Ələkbər Sabirin ev muzeyi sökülüb

22 Sentyabr 2017 13:47

"Sabah Qarabağda müharibə başlaya bilər"

22 Sentyabr 2017 13:46

Milli Məclisdə çıxış edən erməni deputat: “Anam bakılıdır, şəhəri bir az tanıyıram”

22 Sentyabr 2017 13:42

Hicran Hüseynova: "Məişət zorakılığından əziyyət çəkən insanlar üçün yeni müəssisələr tikilməlidir"

22 Sentyabr 2017 13:42

Azərbaycanlı modellərin açıq-saçıq

22 Sentyabr 2017 13:40

Struktur islahatlarından sonra Nazirlər Kabinetindəki şöbə müdirlərinin TAM SİYAHISI

22 Sentyabr 2017 13:39

Xəstənin ağciyərini 5 santımetrlik kəsikdən çıxartdılar - AZƏRBAYCAN TİBBİNİN UĞURLARI

22 Sentyabr 2017 13:38

Avroviziya təmsilçimizdən İDDİALI FOTOLAR

22 Sentyabr 2017 13:33

SOCAR “Qarabağ” yatağında dəniz özülünün yerini müəyyənləşdirib

22 Sentyabr 2017 13:32

Azər Axşam: "Yorulmuşam, baxırsan ki, təklif gəlir..."

22 Sentyabr 2017 13:30

Nyu-Yorkda GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib

22 Sentyabr 2017 13:27

Azərbaycan Mərkəzi Bankı xususi monetar islahatlar proqramı hazırlayıb

22 Sentyabr 2017 13:27

Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı XƏBƏRDARLIQ

22 Sentyabr 2017 13:24

İrandan yeni raket açıqlaması

22 Sentyabr 2017 13:21

Erməni deputatlar Bakıya səfəri haqqında: "Bunlar bizi məmnun edib"

22 Sentyabr 2017 13:19

Sabah Qarabağda müharibə başlayacaq - Erməni MƏNBƏLƏRİ

22 Sentyabr 2017 13:18

Azərbaycanlı ÇSKA - "Mançester Yunayted" oyununda

22 Sentyabr 2017 13:17

Elnarə onu tənqid edənlərə CAVAB VERDİ: “Qıcıq yaradıram”

22 Sentyabr 2017 13:13

Bakı küçələrinə atılan qanlı torbalar nədir?

22 Sentyabr 2017 13:12

Maşının vurduğu piyada 2 ay sonra öldü

22 Sentyabr 2017 13:09

Erməni deputat Bakıda Qarabağ müzakirələrinə etiraz etdi

22 Sentyabr 2017 13:08

İradə İbrahimova yenidən Bakıya və sənətə qayıtdı - FOTOLAR

22 Sentyabr 2017 13:04

Qadın toyuna minlərlə avro xərclədi - ÖZÜ İLƏ EVLƏNİR - FOTOLAR

22 Sentyabr 2017 13:03

“Qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq” - Məleykə Abbaszadə

22 Sentyabr 2017 12:59

"Qarabağ" "Sumqayıt"a qarşı - YENİLƏNİR

22 Sentyabr 2017 12:57

Azərbaycandakı sosial müəssisələrdən birində iki yeni ştat yaradılıb

22 Sentyabr 2017 12:57

"Qarabağ"ın rəqibləri arasında 62 milyonluq transfer - RƏSMİ

22 Sentyabr 2017 12:57

25 il əvvəl dünyasını dəyişən məşhur musiqiçinin holoqramması turneyə çıxacaq

22 Sentyabr 2017 12:57

AFFA Bakı klubunu sevindirdi

22 Sentyabr 2017 12:57

BAKI: Müğənni ilə jurnalist arasında efirdə dava

22 Sentyabr 2017 12:56

Şimşək və yağış - Nazirlikdən XƏBƏRDARLIQ

22 Sentyabr 2017 12:54

Sabahdan hava soyuyacaq: yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

22 Sentyabr 2017 12:53

AZAL təhlükəsizlik plombları alacaq

22 Sentyabr 2017 12:52

Avtobus sürücüsünü döyən şəxs tutuldu

22 Sentyabr 2017 12:49

Qəzaya düşən avtomobillər bizə belə satılır...

22 Sentyabr 2017 12:49

Sürətlə arıqladan ARPA YARMASI PƏHRİZİ - İnanılmaz NƏTİCƏ

22 Sentyabr 2017 12:48

Hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq

22 Sentyabr 2017 12:47

Yer kürəsinin SİRLİ YERLƏRİ – buralara mütləq getmək lazımdır

22 Sentyabr 2017 12:43

SOCAR şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb

22 Sentyabr 2017 12:42